İdman

gimnastikadan

başlayır

“Qələbə qazanmaq üçün çox çalışmalı və özünə güvənməlisən”

04 aprel 2022

“Qələbə qazanmaq üçün çox çalışmalı və özünə güvənməlisən”

- İdman gimnastikası üzrə FIG Dünya kubokunun gümüş mükafatçısı, Türkiyə yığma komandasının üzvü Ferhat Arıcan medal sevincini Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə bölüşüb. 
Bakıda olduğum üçün çox xoşbəxtəm. Burada keçirilən yarışları çox sevirəm. Bu, təşkilatçılıq baxımından indiyədək iştirak etdiyim ən yaxşı Dünya kubokudur. Azərbaycan bizim üçün qardaş ölkədir. Burada çıxış edərkən azarkeşlər bizi çox dəstəkləyirlər. Bu, bizi çox sevindirir. Bu il qatıldığım ikinci Dünya kubokum və qazandığım ikinci medalımdır. Olimpiya oyunları qabağı daha yaxşı çıxış etməyi düşünürəm. 2022-ci ildə bizi daha vacib yarışlar gözləyir. Bu il biz Ağdəniz Oyunları, İslam Həmrəyliyi Oyunları kimi komanda yarışlarında, eləcə də Avropa və dünya çempionatında iştirak edəcəyik. Türkiyə komanda şəklində Avropada medala namizəd ölkələr sırasında yer alır. Paralel qollar ən çox sevdiyim alətdir. Məncə, qələbə qazanmaq üçün çox çalışmalı və özünə güvənməlisən. Medalımı Türk və Azərbaycan xalqına həsr edirəm.