İdman

gimnastikadan

başlayır

“Quba Olimpiya İdman Kompleksində çıxış etmək çox xoşuma gəlir”

27 oktyabr 2023

“Quba Olimpiya İdman Kompleksində çıxış etmək çox xoşuma gəlir”

Quba Olimpiya İdman Kompleksində keçirilən 28-ci Azərbaycan birinciliyinin iştirakçısı, "Ocaq Sport" Klubunun yetirməsi Kamilla Bağırova yarışla bağlı təəssüratlarını bölüşüb:
“Bədii gimnastika üzrə son Bakı çempionatında üçüncü yeri tutmuşdum və ümid edirəm ki, Azərbaycan birinciliyində nəticəm daha da yaxşı olacaq. Çempionatdan sonra intensiv məşq etdim və proqramımı yerinə yetirərkən əvvəllər buraxdığım nöqsanları düzəltməyə çalışdım. Quba Olimpiya İdman Kompleksində çıxış etmək çox xoşuma gəlir. İdman kompleksinin ərazisi çox böyükdür. Rahat zal, yaxşı şərait var, məşq və yarışlardan sonra gəzintiyə çıxmaq, dincəlmək və özünü bərpa etmək imkanı var.