İdman

gimnastikadan

başlayır

“Şanslarımı yüksək dəyərləndirəcəyəm”

10 mart 2024

“Şanslarımı yüksək dəyərləndirəcəyəm”

Azərbaycanda keçirilən idman gimnastikası üzrə Dünya kubokunda qadınlar arasında sərbəst hərəkətlərin icrasında qızıl medal qazanan Avstriya təmsilçisi Moerz Çarliz qələbə sevincini bölüşüb.
Ötən il keçirilən dünya çempionatından etibarən Dünya kubokuna hazırlaşıram. Bu yarışda yeni proqramla çıxış etdim. Proqramımı yüksək səviyyədə icra etdim. İndiyədək heç vaxt hakimlərdən bu qədər yüksək xal almamışdım. Əminəm ki, nəticəm Olimpiya Oyunlarına vəsiqə üçün yetərli olacaq. Bundan sonrakı şanslarımı da yüksək dəyərləndirəcəyəm.