İdman

gimnastikadan

başlayır

“Ümid edirəm ki, nə vaxtsa mənim ölkəmdə də bu cür şərait yaradılar”

02 avqust 2024

“Ümid edirəm ki, nə vaxtsa mənim ölkəmdə də bu cür şərait yaradılar”

İndoneziyanın bədii gimnastika üzrə milli komandasının üzvü Salva Ayliya Vibovo ilə hazırladığımız müsahibəni sizə təqdim edirik. 
Ölkənizdə bədii gimnastikanın inkişafı haqqında nə deyə bilərsiniz?
-    Bizim ölkədə gimnastikanın inkişafı üçün yaradılan şərait Azərbaycandakı kimi deyil.  Bu zal çox gözəl və böyükdür. Ümid edirəm ki, nə vaxtsa mənim ölkəmdə də bu cür şərait yaradılar.
Buradakı məşq proqramınızdan danışardınız.
-    Biz burada həftədə altı gün məşq edirik. Əsasən biz alətlərlə işləyərkən onları daha yaxşı idarə etmək üzərində çalışırıq.
Azərbaycanın bədii gimnastika nümayəndələri haqqında nə deyə bilərsiniz?
-    Azərbaycanın bədii gimnastları çox möhtəşəm və qonaqpərvərdirlər. Onlar bizimlə çox mehriban davranırlar.
Milli Gimnastika Arenası ilə bağlı təəssüratlarınız necədir?
-    Arena o qədər böyükdür ki, ilk dəfə görəndə mən sadəcə şoka düşdüm. Çünki mənim ölkəmdə zal o qədər də böyük deyil.
2-ci dəfə ölkəmizdə təlim-məşq toplanışında iştirak etməyə sizi nə sövq etdi?
-    Bəli, bu bizim Azərbaycana ikinci səfərimizdir. Çünki Azərbaycan Gimnastika Federasiyasının şəraiti mükəmməldir. Məhz buna görə biz Azərbaycana bir daha qayıtdıq. Məşqçilər peşəkardırlar. Bütün gimnastlar səmimi və mehribandırlar. Düşünürəm ki, ötənilki yoxlama məşqlərinin nəticələri ilə müqayisədə hazırda daha yaxşıyıq. Bu dəfə peşəkarlıq səviyyəmiz daha yüksəkdir. Ümid edirəm ki, Azərbaycanda keçirilən təlim-məşq toplanışlarından sonra biz vətənimizə daha güclü və daha möhkəm qayıdacağıq.