İdman

gimnastikadan

başlayır

“Uzun müddət idi ki, Arenaya gələrək gimnastika yarışlarını izləmək istəyirdim”

03 aprel 2022

“Uzun müddət idi ki, Arenaya gələrək gimnastika yarışlarını izləmək istəyirdim”

Niderland Krallığının Azərbaycandakı səfiri Pauline Eizema Milli Gimnastika Arenasında davam edən Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kubokunda iştirak edən niderlandlı gimnastlarla görüşüb. 
Görüşdən sonra səfir Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə görüş barədə və ölkəmizdə keçirilən Dünya kuboku barədə təəssüratlarını bölüşüb. 
- Şadam ki, yarışda üç idmançımız iştirak edir və onlardan ikisi hətta medal qazanıb. İdmançılarımz Milli Gimnastika Arenasına heyran qalıblar. Onlar mənimlə söhbətlərində qeyd etdilər ki, bu arena dünyada gimnastika üzrə ən gözəl idman mərkəzidir. Qeyd edim ki, uzun müddət idi ki, Arenaya gələrək gimnastika yarışlarını izləmək istəyirdim. Burada uğurlu təşkilatçılığın və xoş abu-havanın şahidi oldum. 
Sevindirici haldır ki, ölkələrimiz arasında əlaqələr bir çox sahələrdə inkişaf edir və bu inkişaf davam edir. Mən də idmana böyük maraq göstərirəm. Boş vaxtlarımda velosiped sürməyə üstünlük verirəm.