İdman

gimnastikadan

başlayır

“Yarışın ilk günündə klubun nümayəndələri bizi yaxşı nəticələrlə sevindirdilər”

23 sentyabr 2023

“Yarışın ilk günündə klubun nümayəndələri bizi yaxşı nəticələrlə sevindirdilər”

 "Ocaq Sport” klubunun İdarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Vəfa Bəkərova Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş  bədii gimnastika üzrə “Grace of Nature” beynəlxalq turniri ilə bağlı təəssüratlarını bölüşüb.

- Naxçıvanda təşkil olunan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bədii gimnastika üzrə “Grace of Nature” beynəlxalq turnirində “Ocaq Sport” Klubunu 50 idmançı təmsil edir. Yarışın ilk günündə klubun nümayəndələri bizi yaxşı nəticələrlə sevindirdilər. Ümid edirəm ki, onlar turnirdəki uğurlu çıxışlarını davam etdirəcəklər. Turnirin keçirilməsi bədii gimnastikanın təbliği və daha da inkişaf etdirilməsi məqsədi daşıyır. Yarışda həm Bakıdan, həm də Azərbaycanın regionlarından olan idmançılar iştirak edirlər.
Bu il klubumuzun nümayəndələri Macarıstan, Gürcüstan, Moldova, İtaliya, Latviyada keçirilən beynəlxalq yarışlarda iştirak ediblər, gələn ay isə Malayziyada yarışımız olacaq. Noyabr ayında klubun təşkilatçılığı ilə bədii gimnastika üzrə "Ocaq Sport" klubunun 2-ci açıq birinciliyi keçiriləcək.  Qeyd edim ki,  bu il “Ocaq Sport” Klubunun 10 yaşı tamam olur və bu illər ərzində klub bədii gimnastika ilə yanaşı, digər gimnastika növlərini də inkişaf etdirir.