16 aprel 2023
Ölkəmizdə keçirilən “AGF Trophy” beynəlxalq turnirində ölkəmizə ilk medalı (gənclər arasında komanda hesabında gümüş medal) qazandıran Azərbaycan yığma komandasının üzvləri Nuray Əhmədzadə və Şəms Ağahüseynova Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə medal sevincini bölüşüb.
Nuray Əhmədzadə yarışa yüksək səviyyəli hazırlıq prosesi keçdiklərini, turnirdə güclü rəqabətin olduğunu bildirib: “Yarışın ilk günü daha çox həyəcanlı idim. Bu gün isə özüməinamlı çıxış etdim. Yarışa yüksək hazırlığımız üçün federasiya tərəfindən hərtərəfli şərait yaradılıb”.
“Mənim üçün isə əksinə, bu gün çıxış etmək daha da həyəcanlı oldu. Medal əldə etdiyimiz üçün sevinirik. Qarşıda bizi bir sıra yarışlar gözləyir. Orada da ümidləri doğrultmağa çalışacağıq”, - deyə Şəms Ağahüseynova əlavə edib.