İdman

gimnastikadan

başlayır

"Mən iri beynəlxalq yarışlarda iştirak edib medallar qazanmağı arzulayıram"

03 may 2022

 Mən iri beynəlxalq yarışlarda iştirak edib medallar qazanmağı arzulayıram.

Bunu Trend-ə bədii gimnastika üzrə 27-ci Bakı birinciliyinin iştirakçısı, Suraxanı idman klubunu təmsil edən Ayan Saatova deyib.

"Mənim səkkiz yaşım var, dörd yaşımdan gimnastika ilə məşğulam. Azərbaycan milli komandasının üzvləri Zöhrə Ağamirova və Arzu Cəlilovanın çıxışlarını diqqətlə izləyirəm. Onlar beynəlxalq turnirlərdə ölkəmizi təmsil edəndə azarkeşlik edirəm", - deyə gimnast bildirib.

O əlavə edib ki, Bakı birinciliyində iştirak etməklə böyük yarış təcrübəsi qazanır.

"Mən bu gün alətsiz proqramı təqdim etdim, sabah topla hərətələri nümayiş etdirəcəyəm. Birincilik çox maraqlı keçir. Bu cür gözəl zalda yarışda iştirak etməkdən məmnunam. Gələcəkdə Azərbaycanı iri beynəlxalq yarışlarda təmsil etməyi arzulayıram", - o deyib.