İdman

gimnastikadan

başlayır

İlya Kovtun: “Gərgin məşqlərim öz bəhrəsini verdi”

03 aprel 2022

İlya Kovtun: “Gərgin məşqlərim öz bəhrəsini verdi”

İdman gimnastikası üzrə FIG Dünya kubokunun qalibi, Ukrayna idmançısı İlya Kovtun qələbə sevincini Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə bölüşüb.
- Bakıya səfərimizdən təəssüratlarımız yaxşıdır. Buraya yarışlar başlamazdan bir həftə əvvəl gəlmişik. Dünya kubokuna hazırlığımız yaxşı keçdi. Burada hər cür şərait yaradılıb. Bizi isə yalnız yüksək nəticələr göstərmək qalırdı. Gərgin məşqlərim öz bəhrəsini verdi. Sərbəst hərəkətlərdə də medal qazana bilərdim. Sadəcə kiçik səhvlərə yol verdim. Növbəti yarışlarda səhvlərimi aradan qaldırmağa çalışacağam.