17 mart 2017
Azərbaycan yarışların təşkilində digər ölkələr üçün yüksək hədd müəyyənləşdirir.
Bunu Trend-ə irlandiyalı gimnast Ris MakKlenaqan deyib.
İdmançı bu turnirin onun üçün böyüklər arasında ilk yarış olduğunu deyib: “Hesab edirəm ki, mən yaxşı çıxış etdim. Müqəddəs Patrik günündə bu, özünəməxsus irland uğurudur. Mən Bakıya vurulmuşam. Bura mənim doğma şəhərimdən fərqlənir”.
Gimnast yarışın təşkilatçılığına heyran olduğunu vurğulayıb: “Texniki nöqteyi-nəzərdən yarışın təşkili ən yüksək səviyyədədir. Digər ölkələr üçün Azərbaycan yarışların təşkilində yüksək hədd müəyyənləşdirib”.