16 mart 2017
Gimnastlar Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda özlərini təhlükəsiz hiss edirlər.
Bunu Trend-ə İspaniyanı Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarında təmsil edən Migel Rayderli Sapata deyib.
İdmançı Milli Gimnastika Arenasını bəyəndiyini xüsusi vurğulayıb və əlavə edib: "Bu Dünya Kubokunda yarışların təşkili də çox yüksək səviyyədədir. Hər yer mühafizə olunur, özünü təhlükəsiz hiss edirsən".
Gimnast qeyd edib ki, Dünya Kubokunda idman vərdişlərini inkişaf etdirmək üçün iştirak edir".
“Trend” İnformasiya Agentliyi, 16 mart 2017-ci il