25 aprel 2017
Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kuboku İsrail gimnastları üçün Avropa çempionatına çox vacib və əsas hazırlıq mərhələsidir, bunu Trend-ə müsahibəsində bədii gimnastika üzrə İsrail yığma komandasının məşqçisi Natalya Smolova deyib.
"Buna görədə, biz kuboka 2 ən güclü gimnastımız ilə gəlmişik – İsrail çempionu Viktoriya Filanovski və gənc, lakin ümidlərimizi doğruldacağına inandığımız gimnast Nikol Zelikman", - Smolova deyib.
O qeyd edib ki, komandanın böyük hədəfləri var.
"Biz ən güclü 8-likdə, bütün finallarda olmaq istəyirik. Əlbəttə, ayrı-ayrı alətlərdə medallara da ümid edirik. Gimnastların proqramı yenidir, biz bunu sınaqdan keçiririk və yaradıcılıq axtarışındayıq. Bu baxımdan Bakıdakı mərhələ çox vacibdir, çünki yüksək səviyyəli yarış dünya arenasında gimnastlarımızın hansı səviyyədə olduğunu müəyyən etməyə imkan verir", - deyə Smolova deyib.
“Trend” İnformasiya Agentliyi, 25 aprel 2017-ci il.