İdman

gimnastikadan

başlayır

İvana Motolikova: Bakıda məşqlər üçün gözəl şərait var

18 sentyabr 2014

İvana Motolikova: Bakıda məşqlər üçün gözəl şərait var

 

Slovakiyanın bədii gimnastika üzrə yığma komandası Bakıdakı təlim-məşq toplanışlarını yekunlaşdırırlar. Milli Gimnastika Arenasında gedən bu hazırlıq 2 istiqamətə yönlənirilib, gimnastların bəziləri İzmirdə keçiriləcək Dünya Çempionatında iştirak etmək ərəfəsindədirlər, digərləri isə Avropa Oyunlarına hazırlaşırlar. Məşq və zal haqda təəssuratlarını Slovakiyanın yeniyetmə qrup hərəkətləri üzrə yığma komandasının məşqçisi İvana Motolikova azerisport.com saytına bölüşüb.


Son 1 həftədir ki, siz Bakıda təlim-məşq toplanışlarındasınız. Bu vaxt ərzində nə kimi işlər görmüsünüz?
Ümumilikdə, planda tutduğumuz bütün işləri həyata keçirtdik. İlk olaraq biz, yunior qrup hərəkətləri komandası üçün Avropa Oyunlarına görə çıxış hazırlamalı idik. Bu bizim üçün çox vacib idi, Oyunlar  tarixdə bir ilk olduğu üçün orada iştirak etmək də nüfuzlu və şərəflidir. Həmçinin, bu yaxınlarda İzmirdə baş tutacaq Dünya Çempionatına da hazırlaşırıq. Bizim komanda orada fərdi birincilikdə çıxış edəcək.


Yəqin sizin üçün Avropa Oyunlarının keçiriləcəyi zalın ab-havasını hiss etmək çox vacib idi, elə deyilmi?
Biz, burada bir neçə ay öncə Avropa Çempionatı zamanı olmuşduq və arena, həmçinin yarışın təşkilatçılığı bizi heyran etmişdi. Buna görə də, biz böyük məmnuniyyətlə belə bir şəraitdə məşq etmək üçün yenidən Bakıya gəldik.

 
Bura təlimlərə gələn bir çox komandalar Arenanın nəinki Avropada, hətda Dünyada ən yaxşılardan biri hesab edir. Bəs siz nə düşünürsüz?
Məncə Bakıdakı kompleks Dünyada ən yaxşısıdır. Sənətimlə bağlı olaraq, çox yarışlarda olmuşam. Çox sayda zallar gördüyüm üçün müqayisə edə bilərəm. Vaxtı ilə, Bolqarıstanda gimnast olaraq, Azərbaycan yığmasının hazırki məqşçisi Mariana Vasileva ilə məşq etmişəm. Orada zalda 3 xalça var idi, o zaman belə şərtlər ideal sayılırdı. Burada – Bakıda isə 11 xalça var və səhərdən axşama qədər məşq etmək olar.


Dünya Çempionatında hansı məqsədlərə iddialısınız?
Mundiala 1 gimnast təqdim edəcəyik və siyahının ortalarında yer tutsa, çox sevinəcəyik.


Bəs Azərbaycan yığmasının perspektivlərini necə qiymətləndirirsiz?
Mən komandanın yoxlama məşqlərini görə bildim və gimnastların çıxışları çox xoşuma gəldi. Ümid edirəm ki, Azərbaycan komandası ayrı-ayrı növlərdə finala çıxa biləcək, həmçinin qrup komandası da medal uğrunda yarışacaq.