İdman

gimnastikadan

başlayır

Bakıda akrobatika gimnastikası üzrə Dünya çempionatı çox gözəl təşkil olunub – Macarıstan idmançıları

11 mart 2022

 Bakıda akrobatika gimnastikası üzrə Dünya çempionatı çox gözəl təşkil olunub – Macarıstan idmançıları

Bakıda akrobatika gimnastikası üzrə Dünya çempionatı çox gözəl təşkil edilib, biz burada olmaqdan məmnunuq
Bunu Trend-ə yarışların iştirakçıları, Macarıstan gimnastları Darina Bernat və Noemi Stattner deyib.
"Təsnifatda birinci çıxışımız pis olmadı. Biz bir qədər həyəcanlı idik və bu, proqramımızda özünü göstərdi. Ümid edirik ki, növbəti proqramlarda emosiyalarımıza üstün gələ biləcəyik. Yarışlara hazırlıq yaxşı keçib, məşqlər zamanı elementləri işləyə bildik. Bakıda dünya çempionatında iştirakdan məmnunuq", - deyə gimnastlar bildirib.
Onlar qeyd edib ki, akrobatika gimnastikası ilə 10 ilə yaxın məşğul olurlar.
"Əvvəlcə bədii gimnastikaya gəldik, amma sonra məşqçinin tövsiyəsi ilə akrobatikaya keçdik", - idmançılar deyib.