İdman
gimnastikadan
başlayır
12 aprel 2026
Təlim-məşq toplanışı üçün Milli Gimnastika Arenasına gələn bədii gimnastika üzrə Braziliya milli komandasının baş məşqçisi Camila Ferezin ilə müsahibəni sizə təqdim edirik.
Milli Gimnastika Arenasında keçirilən təlim-məşq toplanışı sizin üçün nə dərəcədə faydalı oldu?
- Artıq bir neçə gündür Milli Gimnastika Arenasında təlim-məşq toplanışı keçirik və bu müddət ərzində yaradılan şəraitdən maksimum dərəcədə yararlanmağa çalışırıq. Bildiyiniz kimi, yaxın günlərdə Bakıda bədii gimnastika üzrə Dünya kuboku keçiriləcək və bu mühüm yarışa hazırlıq bizim üçün xüsusi əhəmiyyət daşıyır. Məhz buna görə də Braziliyadan bir qədər tez gələrək uyğunlaşma prosesini sürətləndirmək və məşqlərimizi yüksək səviyyəli şəraitdə davam etdirmək qərarı verdik.
Milli Gimnastika Arenasında yaradılan şəraiti necə qiymətləndirirsiniz?
- Qeyd etmək lazımdır ki, Milli Gimnastika Arenası həqiqətən möhtəşəm idman kompleksidir. Burada gimnastikanın bütün növləri üçün ideal şərait yaradılıb. Həm məşq zalları, həm avadanlıqlar, həm də ümumi təşkilati səviyyə çox yüksəkdir. Bu isə idmançılara özlərini rahat hiss etməyə və bütün diqqətlərini məşq prosesinə yönəltməyə imkan verir. Komandamızın üzvləri də yaradılan şəraitdən son dərəcə razıdırlar və burada keçirdiyimiz hər məşq onların hazırlıq səviyyəsinə müsbət təsir göstərir.
Şəhərimizi bəyəndinizmi?
- Bakının qonaqpərvərliyi və şəhərin ab-havası da komandamızda xoş təəssüratlar yaradıb. Bu cür mühit idmançıların motivasiyasını daha da artırır və onları qarşıdakı yarışlara ruhlandırır. İnanıram ki, belə yüksək səviyyəli hazırlıq prosesi nəticəsində Dünya kubokunda layiqli çıxış edəcəyik və əldə etdiyimiz nəticələrlə həm öz ölkəmizi, həm də komandamızı uğurla təmsil edəcəyik.