03 may 2023
- Bakıya xoş gəlmisiniz. Zəhmət olmasa özünüzü təqdim edin.
- Mənim adım Sayurisu Gimabadır.
- Azərbaycan haqqında təəssüratlarınızı bilmək istərdik.
- Bakı çox gözəl və sevimli şəhərdir.
- Siz burada hansı yarışlara hazırlaşırsınız?
- Biz qarşıdakı yarışlarda uğur qazanmaq arzusundayıq. Dünya kubokunda heç bir medal əldə edə bilmədik. Amma idmançılarımız öz üzərində işləyirlər. Burada keçirilən təlim-məşq toplanışında növbəti yarışlara hazırlaşırıq.
- Buradakı məşqlərdən razısınızmı?
- Milli Gimnastika Arenası heyrətamizdir. Burada məşq etmək bizim çox xoşumuza gəlir.