İdman

gimnastikadan

başlayır

"Bütün gimnastika dünyası burada toplaşır"

07 iyun 2024

Monqolustan Gimnastika Federasiyasının baş katibi Yeruulbat Qalbadrax ilə “Gimnastika hamı üçün” növü üzrə 2-ci Bakı Beynəlxalq “Challenge”i zamanı hazırladığımız müsahibəni sizə təqdim edirik.


 “Challenge” haqqında nə deyə bilərsiniz?
- Azərbaycan Gimnastika Federasiyasına təşəkkür etmək istəyirəm. Komandamız burada ilk dəfə çıxış etdi. Bu, müxtəlif mədəniyyətləri özündə birləşdirən çox maraqlı bir tədbirdir. Buna görə, təşəkkürlər, Bakı!
 
Siz Milli Gimnastika Arenasına da səfər etdiniz. Bu barədə nə deyə bilərsiniz?
- Gözəl, çox gözəl arenadır. Demək olar ki, bütün gimnastika dünyası burada toplaşır. Sizin arena müxtəlif gimnastika yarışlarına ev sahibliyi edir. "Gimnastika hamı üçün”, idman gimnastikası, bədii gimnastika, aerobika gimnastikası və s. növlər üzrə bir çox gimnastlar Bakıda, milli arenada çıxış edirlər.
 
“Gimnastika hamı üçün” növü və onun inkişafı haqqında nə düşünürsünüz?
- Bu, dostluqdur, dünyanın ən gözəl tədbiridir. Gələn ilin sentyabrında Monqolustan Gimnastika Federasiyası Açıq Asiya Gimnastradasına ev sahibliyi edəcək. Gimnastika üzrə Azərbaycan yığmasını dəvət etmək istərdik. Ulan-Batorda görüşənədək!