30 aprel 2024
- Adım Sofiyadır. 13 yaşım var. Mən Çexiyadan və “SKP MG Brno” klubundanam.
Bu, Bakıya ilk səfərinizdir?
- Bəli.
Şəhərimizi bəyəndinizmi?
- Buranı bəyənirəm. Çox böyük arena, zallar, xalçalar, fizioterapiya mövcuddur. Burada çox şərait var. Buranı çox sevirəm.
Hər hansı bir yarışa hazırlaşmağa, yoxsa sadəcə bacarıqlarınızı artırmağa gəlmisiniz?
- Hər ikisi üçün buradayıq. Bu yaxınlarda rəfiqəmin, bir neçə müddətdən sonra isə mənim yarışım olacaq.
Sizcə, idmanda uğur qazanmağın açarı nədir?
- Öz üzərində çox çalışmaq. Məşqçilərə qulaq asmağa çalışın, lakin dincəlməyi də unutmayın.
Gimnastlara nə tövsiyə verərdiniz?
- Məşqçilərin sözünə qulaq asmaq, çalışmaq, məşqlərə getmək. Əgər yorğunsunuzsa, daha çox məşq edin.
Doğma şəhərinizlə Azərbaycandakı təlim-məşq prosesində hansı fərqi gördünüz?
- Şəhərimizdə bu cür bir yerə, bu qədər xalçaya sahib olmaq imkanımız yoxdur, lakin burada gözəl şərait var: fizioterapiya, həkimlər və hər kəsin öz xalçası var. Çox rahatdır.