İdman

gimnastikadan

başlayır

"Ən böyük məqsədim Olimpiya Oyunlarına lisenziya qazanmaqdır"

21 fevral 2023

Bakıda batut gimnastikası üzrə keçirilən Dünya kubokunun bürünc mükafatçısı Selcan Mahsudova medal sevincini Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə bölüşüb.

- Çox sevinirəm ki, ilin ilk yarışı mənim üçün uğurla yekunlaşdı. Əsas məqsədim yaxşı çıxış etmək idi. Yeni proqramla medal qazana bildiyim üçün çox sevinirəm. Məşqçimlə birgə proqramımı daha da təkmilləşdirərək çətinliyini artıracağıq. Ən böyük məqsədim Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Əsas odur ki, məşqlərim istədiyim kimi alınsın və fikrimi bu istiqamətə cəmləyim. Bu yarışdan sonra məni fevralın 24-də yerli yarış gözləyir. Orada da eyni proqramı nümayiş etdirəcəyəm. Daha sonra qarşıdakı yarışlara hazırlaşacağam.