İdman

gimnastikadan

başlayır

"Bu, həm maraqlı, həm də çətin idi"

29 mart 2025

"Bədii gimnastika üzrə AGF Trophy beynəlxalq turniri”nin gümüş mükafatçısı, milli komandamızın üzvü Şəms Ağahüseynova ilə müsahibəni təqdim edirik.

Gümüş medal qazandınız, təbrik edirik. Hansı hisləri keçirirsiniz?
- İkinci yeri qazandığıma görə çox sevinirəm. Bayrağımızın fəxri kürsüdə dalğalanması mənim üçün böyük qürurdur. 

Turnirə hazırlıq necə keçdi?
- Turnirə hazırlıq həm maraqlı, həm də çətin idi. Lakin əlimdən gələnin ən yaxşısını etməyə çalışdım.

Çıxış zamanı səninçün ən çətin nə oldu?
- 2025-ci ildə çoxlu yarışlar olacaq. Bu isə mənim üçün ilin ilk beynəlxalq turniri idi. Müəyyən bir gərginlik var idi, hər şeyin istədiyim kimi alınmayacağına dair hislər yaşayırdım. Lakin sonda hər şey uğurla nəticələndi.

Keçən il Budapeştdə keçirilən Avropa çempionatında komanda hesabında bürünc medal qazanmışdın. Bu uğur sənin üzərinə əlavə məsuliyyət yükləyirmi?
- Bəli, ola bilsin ki, belə idi. Yarış zamanı bu uğurlarım haqqında da düşünürdüm və uğuruma uğur əlavə etmək əzmi mənə qələbəni qazandırdı.