20 avqust 2024
Bosniya və Herseqovina Gimnastika Federasiyasının prezidenti Rene Starçeviçlə hazırladığımız müsahibəni sizə təqdim edirik.
Milli Gimnastika Arenasını bəyəndinizmi?
- Milli Gimnastika Arenası olduqca gözəldir. Düşünürəm ki, bundan böyük kompleks görməmişəm. İdman sizin ölkəniz üçün çox önəmli sahələrdəndir. Bunu beynəlxalq aləmdə qazandığınız uğurlar sübut edir. Bu, uğurlu şəkildə icra edilən işlərin nəticəsidir. Gimnastikanız daim inkişaf edir.
Azərbaycana ilk səfərinizdir?
- Bəli, ilk dəfədir ki, buraya gəlirəm.
Bakıda ən çox nəyi bəyəndiniz?
- Məncə, çox gözəl və füsunkar şəhərdir. Burada biz yeni tikililər və İçərişəhərə baş çəkdik. Müasir və tarixi infrastruktur arasındakı ziddiyyət çox maraqlı təsir bağışlayır.