10 mart 2015
Artıq 100 gündən az vaxt qalmış Avropa Oyunlarında, təxmini 6000 idmançı iştirak edəcək. Bu irimiqyaslı yarışda 20 idman növü təmsil olunacaq. Onların arasında yer alan akrobatika gimnastikası (qarışıq cütlük və qrup) üzrə 6 cüt medal uğrunda mübarizə gedəcək.
Gimnastlarımız Ulyana Diakova və Anatoliy Leonov ölkəmizi qarışıq cütlüklər arasında təmsil edəcəklər. İdmançılarımız artıq Açıq Azərbaycan Çempionatında 2 qızıl, 1 gümüş medal qazanmağı bacardılar.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti onlardan kiçik mübahisə aldı. Onlar öz müsahibələrində idman dünyasına gəlişləri və digər maraqlı məqamları bizimlə bölüşdülər.
Gimnastikaya gəlişiniz haqda danışın. Necə oldu ki, məhz bu idman növünü seçdiniz?
Ulyana: Məni akrobatikaya 11 yaşım olanda gətirdilər. Əvvəllər rəqslə məşğul olurdum. Daha sonra bildirdilər ki, özümü akrobatikada sınayım və mənim xoşuma gəldi. Beləcə, bu sahədə qalmağı qərarlaşdırdım.
Anatoliy: Mən çoxdan idmanla məşğul olurdum. Məktəbdə deyirdilər ki, bir şeylə məşğul olmaq lazımdır və bildirdilər ki, akrobatika üzrə bölmə fəaliyyət göstərir. Mən sadəcə gəldim və xoşum gəldi. Artıq iki ildən sonra mən akrobatikadan getmək istəmirdim.
Necə düşünürsünüz, başqa idman sahəsində uğurlu ola bilərdinizmi?
U: Uşaqlıqda suda tullanma və üzgüçülüklə məşğul olmaq istəyirdim, lakin inanmıram ki, mən uğur qazana bilərdim.
A: Yəqin alınardı. Uşaqlıqda karate və güləş sənətini sevirdim.
Yarış günü emosiyalarınızla necə bacarırsınız? Təmkinli olmağınızın sirri nədədir?
U: Mən uzun müddət hazırlaşıram buna və çıxış öncəsi çox həyəcanlanıram. Öz-özümə deyirəm ki, hər şey yaxşı olacaq, artıq hər şey edilib, məşqlərdə bir neçə dəfə etmisən bunları, yenidən təkrarlamaq lazımdır. Özümə arxayınlıq verirəm.
A: Mənim təcrübəm çoxdur. Artıq 20 ildir ki, akrobatika ilə məşğulam. Kiçik yaşlarımda həyəcan olurdu. İndi isə özümü xüsusi hazırlaşdırmıram. Nə edəcəyimi bilirəm, buna görə də həyəcanlı olmuram. Fikrimi heç nə unutmamaq üçün cəmləşdirirəm. Ən əsas budur.
Fikrinizcə hər hansı idman növündə vacib olan nədir?
U: Xarakter və özünü idarə edə bilmək.
A: Xırda şeylərə əhəmiyyət vermək. Məhz bu yolla uğur əldə edə bilərsən.
Professional idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?
U: Düşünürəm ki, əgər diqqətlə işləsən təhlükə olmamalıdır. Hər hərəkət üzərində fikirləşmək və özünü idarə etmək lazımdır. Özünü cəmləyib, səhvlərədən nəticə çıxarmaq lazımdır.
A: Mən düşünürəm ki, hər şey məşqçidən asılıdır. Əgər o yaxşı mütəxəssisdirsə, işini düzgün görürsə, zədə almarsan. Xoşbəxtlikdən, karyeram boyunca ciddi zədələrim olmayıb.
İdmanda kumiriniz varmı?
U: Mənim kumirim yoxdur.
A: Hər zaman təkrarlayıram: “Özünə kumir yaratma”. Digər idman növlərində var, lakin akrobatikada yoxdur. Əgər sən rəqibinə heyran olursansa, ona qalib gələ bilmərsən.
Yaxın gələcək üçün idman planlarınızdan danışın bir az.
U: Avropa Oyunlarına qədər Bolqarıstana Dünya Kubokuna yollanacağıq, sonra isə bütün gücümüzlə Oyunlara hazırlaşacağıq.
A: Avropa Oyunlarından sonrasına hələ baxmırıq. Lakin nəzərə alırıq ki, oktyabrda Avropa Çempionatı olacaq.
Avropa Oyunları sizin üçün nə kəsb edir və siz ona necə hazırlaşırsınız?
U: Mən düşünürəm ki, Avropa Oyunları çox böyük yarışdır, onun həcmi insanı heyrətləndirir. Hər kəs oyunlar haqda, orada təmsil olunacaq idman növləri haqda bilir. Hər kəs özünü oyunların uğurla təşkil olunmasına hazırlayır. Hətta indi, test-turnirində azarkeşlərin sayı çox idi, Avropa Oyunlarında bundan 10 dəfə artıq olacaq. Düşünürəm ki, bu oyunları Olimpiada ilə müqayisə etmək olar.
A: İnsanlar akrobatikanı yaxşı təsvir etmirlər. Avropa Oyunları bu idman növünün inkişafı üçün yaxşı addım olacaq. Bu tədbir akrobatikanın populyarlaşmasına kömək edəcək. Yavaş-yavaş hər kəs bu idman növünü tanıyır.
İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyiniz başqa arzularınız, məqsədləriniz varmı?
U: 9-cu sinifi bitirmək istərdim.
A: Arzularım yalnız Avropa Oyunlarında qalib olmaqdır.
İdmanla gündəlik həyatınızı birləşdirə bilirsinizmi?
U: Çətin olur, lakin bunun üçün dəyər (gülür). Məktəb çantasını bir qırağa qoyub, məşq çantasını götürərək dərsdən məşqə qaçmaq.
A: Mən boş vaxtlarımda fotoqraflıqla məşğul oluram. 3-4 saat məşq etdikdən sonra sevimli işimlə məşğul oluram. Onları birləşdirmək çətin deyil. Həyat yoldaşıma təşəkkür edirəm ki, məni başa düşür və dəstəkləyir.
Öz ailəniz haqda danışın bir az.
U: Əvvəllər atamla anam başa düşmürdülər akrobatikanı niyə seçmişəm. İstəyirdilər ki, bu işə son qoyum. İndi isə onlar məni dəstəkləyir, uğurlarımı izləyirlər. Mən medal qazananda, onlara çox xoş olur.
A: Mənim həyta yoldaşım hər zaman yanımdadır. O, fotoqrafdır və tez-tez bizim şəkillərimizi çəkməyə gəlir. Test-turnirinə gəlməyi də çox istəyirdi, amma alınmadı.
Adətən azarkeşləriniz tribunlardan sizi necə dəstəkləyirlər? Və siz onlardan nə eşitmək istərdiniz?
U: Biz hər zaman azarkeşləri eşidə bilmirik, çünki bütün diqqətimiz öz çıxışımızda olur. Komanda yoldaşlarımıza tribunadan azarkeşlik edəndə bizə necə böyük dəstək verdiklərini başa düşürük. Çox xoşdur ki, bizə azarkeşlik edirlər, uğur arzulayırlar.
A: Bu bizə müsbət enerji verir. Eşidirik necə qışqırırlar, dəstəkləyirlər. Amma biz nə baş verdiyini hər zaman anlamırıq. Mənim bütün fikrim çıxışımda olur.
Onlara nə demək istərdiniz?
U: Dəstəkləyən hər kəsə təşəkkür edirik. Ölkədə idmana böyük marağın olması bizə xoş təsir edir.
A: Gəldikləri üçün, minnətdarıq. Avropa Oyunlarına dostlarını, tanışlarını dəvət etsinlər.