29 yanvar 2025
Küveytin kişi idman gimnastikası üzrə milli komandasının baş məşqçisi Vitali Arsenyevlə müsahibəni təqdim edirik.
Bakıdakı təlim-məşq toplanışları necə keçir?
- Əla keçir. Buradakı avadanlıqlar mükəmməldir, təchizat çox yaxşıdır. Uşaqlar belə avadanlıqlarla məşq etdikləri üçün çox sevinirlər.
Küveytdə idman gimnastikasına maraq necədir?
- Küveytdə idman gimnastikası inkişaf etməyə başlayır. Çox bacarıqlı və istedadlı oğlanlar var. Əgər federasiyamız və dövlət onlara lazımi diqqəti göstərsə, dünya səviyyəli mükəmməl idmançılar yetişəcək.
Təlim-məşq toplanışına kimlərlə gəlmisiniz?
- Buraya üç oğlan gimnastla gəlmişəm. Biri gənc, ikisi yeniyetmədir.
İdman gimnastikasında ayrı-ayrı alətlərə maraq hansı yaşdan özünü göstərməyə başlayır?
- Ayrı-ayrı alətlər üzrə ixtisaslaşma adətən çoxnövçülükdən keçdikdən sonra baş verir. Bundan sonra idmançı özü başa düşür ki, çoxnövçülükdə çıxış etməyə davam etməlidir, yoxsa ayrı-ayrı alətlər üzrə ixtisaslaşmağa üstünlük verməlidir. Çünki bu alətlərdə daha böyük uğur qazana bilər.
İdman gimnastikası nəyə görə gözəl və faydalıdır?
- Gördüyünüz kimi, bu, çox gözəl bir idman növüdür. Zəriflik, elastiklik, güc, gözəllik - hamısı bir yerdə cəmləşib. Bu, kifayət qədər çətin, amma gözəl və gənclər üçün çox cəlbedici bir idman növüdür.