İdman
gimnastikadan
başlayır
21 aprel 2025
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya kubokunda çoxnövçülük üzrə bürünc medal qazanan bolqarıstanlı gimnast Stilyana Nikolova ilə müsahibəni təqdim edirik.
Təsnifat mərhələsində çıxışınızı necə qiymətləndirirsiniz?
- Hislərim çox qarışıqdır. Hər şeyi ideal şəkildə yerinə yetirə bilmədim, amma ümid edirəm ki, yaxın gələcəkdə hər şey əla olacaq.
Olimpiya dövrünün yeni qaydalarına uyğun olaraq proqramlar nə dərəcədə çətinləşib?
- Əlbəttə, müəyyən çətinliklər əlavə olunub. Mən deyərdim ki, rəqabət çox artıb. Hesab edirəm ki, bu, idman üçün çox yaxşıdır.
Sizin üçün bu, Bakıda ilk fəxri kürsü deyil.
- Bakı artıq mənim üçün ikinci evə çevrilib. Hər il buraya gəlmək mənim üçün bir növ ənənədir. Burada olmaq mənə çox xoşdur.