İdman

gimnastikadan

başlayır

"Qazandığım nəticə Qazaxıstanın batut gimnastikası üzrə fərdi növdə ilk qızıl medalıdır"

21 fevral 2023

Ölkəmizdə batut gimnastikası üzrə keçirilən Dünya kubokunun fərdi və sinxron proqramda qalibi, Qazaxıstan təmsilçisi Daniil Musabəyov qələbə sevincini Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə bölüşüb:

- Qalib gəldiyim üçün çox sevinirəm. Mənim qazandığım nəticə Qazaxıstanın batut gimnastikası üzrə fərdi növdə ilk qızıl medalıdır. Yarımfinalda çıxışım bir qədər çətin oldu. Finalda isə çıxışım istədiyim kimi alındı və ən yüksək xalı yığdım. Yarışın təşkilatçılığı yüksək səviyyədədir. Burada yarışqabağı məşqlər keçdiyimiz üçün bizə yaradılan şəraitə görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığımı bildirirəm. Bu mövsüm mənim üçün uğurla başlayıb. Bakı mənum üçün uğurlu şəhərdir. Növbəti Dünya kubokları Olimpiya Oyunlarına lisenziya verdiyi üçün proqramıma yeni, daha çətin çətin kombinasiyalar daxil edəcəyəm.