İdman

gimnastikadan

başlayır

"Son 10 il ərzində biz çox çalışdıq və inkişaf etdik"

01 mart 2023

- Sizi Bakıda görməyə şadıq. Zəhmət olmasa, özünüzü təqdim edərdiniz.
- Mənim adım Erika Daç Lazanidir. Mən Macarıstanın bədii gimnastika üzrə Texniki Komitəsinin rəhbəriyəm.
- Zəhmət olmasa, paytaxtımız barədə təəssüratlarınızı bölüşərdiniz.
- Bu, Bakıya ilk səfərimiz deyil. Biz hər il buraya gəlirik və çox məmnunuq. Çünki burada hər kəs çox peşəkardır. Şərait isə heyrətamizdir.
- Qarşıda hansı yarışlara hazırlaşırsınız və onlardan gözləntiləriniz nədir?
- Biz burada fərdi və qrup hərəkətləri üzrə gənclərdən ibarət milli komandanın gimnastları ilə birlikdə gənclər arasında Avropa və dünya çempionatına hazırlaşırıq.
- Təlim-məşq toplanışına nəçə gimnastla gəlmisiniz?
- Ümumilikdə 13 nəfərik. Onlardan 8-i qrup hərəkətləri komandasının üzvü, 5-i isə fərdi gimnastdır.
- Macarıstanda bədii gimnastikanın inkişafı ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Son 10 il ərzində biz çox çalışdıq və inkişaf etdik. Ən yaxşı gimnastımız Fani Pignitski, bir neçə ildir ki, həqiqətən də, gözəl nəticələr əldə edir. 21 ildən sonra Tokio Olimpiya Oyunlarına vəsiqə qazanmağımızı xüsusilə qeyd etmək istərdim.
- Təlim-məşq toplanışı üçün məhz Bakını seçməyinizin səbəbini bilmək istərdik.
- Burada tamamilə peşəkar yanaşma mövcuddur. Hamı gimnastikanı, xüsusən də bədii gimnastikanı çox sevir. Deyə bilərəm ki, bu, böyük bir gimnastika ailəsidir.
- Sizcə Azərbaycanda bədii gimnastikanı hansı xarakterik cəhətlər fərqləndirir?
- İdmançılarınız xalçada həmişə fərqli görünürlər, xüsusən də onların alətlərlə işləmə texnikası və artistizm bacarıqları yaxşıdır.
- Gənc gimnastlara nə arzu etmək istərdiniz?
- Onlara bədii gimnastikada gözəl illər, eləcə də digərlərindən fərqlənmək cəsarəti arzulayıram.