30 mart 2025
Bədii gimnastika üzrə Bakıda keçirilən beynəlxalq turnirin qızıl mükafatçısı, Qazaxıstan təmsilçisi Akmaral Yerekeşeva ilə müsahibəni təqdim edirik.
Akmaral, qalibiyyətiniz münasibətilə sizi təbrik edirik. Hansı hissləri keçirirsiniz?
– Komanda hesabında birinci yeri tutduğumuz üçün çox xoşbəxtəm. Biz bunu birlikdə bacardıq.
Bu turnirdə sizin üçün ən çətin nə oldu?
– Ən çətini hazırlıq prosesi idi. Sevindirici haldır ki, çətinliklərin öhdəsindən gələ bildim və bacarığımı tam nümayiş etdirdim.
Növbəti hədəfləriniz nələrdir?
– Beynəlxalq arenalarda bayrağımızı daha çox yüksəklərdə görmək istəyirəm.
Bu, Azərbaycanda ilk çıxışınız idi?
– Bəli, mənim Bakıya ilk gəlişim idi. İndi bu arena mənim üçün uğurumla yadda qalacaq.