İdman

gimnastikadan

başlayır

“Ən böyük arzum aerobika gimnastikası üzrə dünya çempionu olmaqdır”

02 noyabr 2023

“Ən böyük arzum aerobika gimnastikası üzrə dünya çempionu olmaqdır”

"Ocaq Sport" Klubunun yetirməsi Məryəm Topçubaşova Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən 7-ci Azərbaycan çempionatı və açıq Bakı birinciliyi ilə bağlı təəssüratlarını bölüşüb:
Hazırkı yarışlarda yalnız fərdi proqramda çıxış edirəm. Azərbaycan çempionatına yüksək səviyyədə hazırlıq prosesi keçmişəm. Yarışa hazırlıqla bağlı keçirilən təlim-məşq toplanışları zamanı gündə iki dəfə məşq edirdik. Respublika yarışlarında iştirak gücümü sınamağa və idman bacarıqlarımı təkmilləşdirməyə kömək edir. İdmanda daha da yüksək nəticələr əldə etmək istəyirəm. Ən böyük arzum aerobika gimnastikası üzrə dünya çempionu olmaqdır.