İdman

gimnastikadan

başlayır

Biz buraya gələcək yarışlara hazırlaşmağa gəlmişik

10 aprel 2024

Biz buraya gələcək yarışlara hazırlaşmağa gəlmişik

Azərbaycana xoş gəlmisiniz. Zəhmət olmasa özünüzü təqdim edərdiniz.


Təşəkkür edirəm. Biz Küveytdənik. Buradakı təlim-məşq toplanışına bir gimnastla gəlmişik. Biz Küveyt Gimnastika Federasiyasını təmsil edirik.

Sizin məşqinizə nə daxildir?
 

Biz buraya bacarıqlarımızı təkmilləşdirmək və gələcək yarışlara hazırlaşmağa gəlmişik.

Hansı yarışlar üçün hazırlaşırsınız?
 

Bu, beynəlxalq səviyyəli yarışdır. Komandamız yeniyetmə gimnastlardan ibarətdir. Bu səbəblə də, biz yüksək nəticə əldə etməyə hazırlaşmalıyıq.

Ölkənizdə gimnastika necə inkişaf edir?
 

3 ildir ki, Küveytdəyəm. Orada Küveyt yığma komandasını qurmağa gəlmişəm. Ərəb ölkələrində bədii gimnastika yeni olduğu üçün mən bir çox çətinliklərlə qarşılaşdım. Ancaq 3 il ərzində onlar üçün bir çox iş gördüm.

Bakıya ilk səfərinizdir?

Xeyr, mənim ilk səfərim 2005-ci ildə olmuşdu. Bu, Dünya çempionatı idi. Mən Ukrayna millisinin heyətində çıxış edirdim və ikinci yeri qazandıq.

O vaxtdan bəri Bakıda 19 il ərzində nə dəyişib?


Bakı dünyanın ən sevimli şəhərlərindən biridir, çünki burada özümü öz ölkəmdə kimi hiss edirəm. Buranın mətbəxini və insanlarını xoşlayıram. 2005-ci ildə gəldiyim vaxt və 2016-2017-ci illər ərəfəsində Dubay komandası ilə bura etdiyim ikinci səfər arasında olan vaxt ərzində edilən dəyişikliklər mənim üçün böyük sürpriz oldu. O vaxt mən Dubayda işləyirdim. O zamandan bəri çoxlu dəyişikliklər olub. Bu məni çox təəccübləndirdi. 

Azərbaycanda gimnastikanın inkişafı barədə nə düşünürsünüz?
 

Mən sizin federasiyanızla çox fəxr edirəm. Bu, mənim üçün də sürprizdir, çünki o dövrün necə başladığını xatırlayıram və indi necə davam etdiyini görürəm. Bu sadəcə heyrətamizdir.