İdman

gimnastikadan

başlayır

TAMBLİNQ ÜZRƏ MƏŞQÇİ ADİL HÜSEYNZADƏ: “MƏN HAKİM KİMİ AZƏRBAYCANI BEYNƏLXALQ YARIŞLARDA TƏMSİL ETMƏYƏ HAZIRAM”

26 dekabr 2008

TAMBLİNQ ÜZRƏ MƏŞQÇİ ADİL HÜSEYNZADƏ: “MƏN HAKİM KİMİ AZƏRBAYCANI BEYNƏLXALQ YARIŞLARDA TƏMSİL ETMƏYƏ HAZIRAM”

Məsələn, akrobatların məşqçisi Adil Hüseynzadəni Cənubi Afrika Respublikasına dəvət etmişdilər. Orada o, tamblinq üzrə məşqçiyə çevrilmişdir, və artıq 14 ildir ki, Qara qitədə yaşayır və işləyir.

- Adil müəllim, necə oldu ki, bu cür uzaq yerə getdiniz?

- O illərdə mən CAR haqqında çox eşitmişdim. Bilirdim ki, Afrikanın digər ölkələri ilə müqayisədə bu dövlət kifayət qədər inkişaf edib. Və gimnastlarımızdan biri Vladimir Şorinov mənə deyəndə ki, CAR-da onun işlədiyi klubun akrobatika üzrə məşqçiyə ehtiyacı var, mən razılıq verdim. Mən Pretoriyada məskən saldım. Düzdür, mənə akrobatları yox, tullanma üzrə idmançıları həvalə etdilər, amma, bu mənim elə də böyük problem olmadı. Beləliklə, mən tamblinq üzrə məşqçi oldum.

Əvvəlcə, mənə ehtiyatla yanaşırdılar – keçmiş SSRİ-dən olan adamlara CAR-da o qədər də yaxşı yanaşmırdılar. Amma, məni daha yaxşı tanıdıqdan sonra, mənə qarşı münasibət normallaşdı. Ümumiyyətlə, qeyd etməliyəm ki, cənubi afrikalılar çox dostsevər, qonaqpərvər millətdir. CAR-da yaşamaq rahatdır, orada 8 ay yaydır, qış geyimlərinə pul xərcləməyə ehtiyac yoxdur (gülür). Qida mallarının qiyməti ucuzdur, təbiət təsvirolunmaz gözəlliyə malikdir. CAR-a heç olmasa bir dəfə gəlmiş adam bu heç vaxt bu ölkəni tərk etmək istəməz. Düzdür, bir mənfi cəhət var. Kriminal vəziyyət elə də ürəkaçan deyil. İstənilən yerdə qarət edə bilərlər.

- Siz CAR-da həmişəlik qalmağı planlaşdırırdınız?

- Yox. Fikirləşirdim ki, orada üç il işləyərəm və geri dönərəm. Amma hər şey fikirləşdiyimdən də yaxşı getdi. İşlədiyim klubun bir çox idmançısı yığmanın tərkibində dünya çempionatına düşdülər, və qızlardan biri bürünc medal qazandı. Sonra mən qalmağa və 8-milyonluq böyük ərazisi olan Yohannesburqda şəxsi klubumu açmağa qərar verdim. İlk əvvəl klub “Gym Masters” adlanırdı, sonra isə şagirdlərimin təklifi ilə “Adil's Tumblers” adlanmağa başladı.

Bilirsiniz, hər şeyi sıfırdan başlamaq maraqlı idi: uşaqları yığmaq, avadanlıq almaq və s. Necə deyərlər, əvvəlcə sən ad üçün işləyirsən, sonra ad sənin üçün işləyir. Mənim klubum həmişə yığmaya komandanın yarıdan çoxunu göndərirdi, və mən, ən güclü klubun məşqçisi kimi komanda ilə bütün iri yarışlara gedirdim. Onu da əlavə etməliyəm ki, CAR-da ad və titullarından asılı olmayaraq, bütün “ağ” idmançılar xərcləri özləri həyata keçirməlidirlər. Ona görə də CAR-da yalnız imkanlı şəxslərin uşaqları məşğul ola bilir, və ona hazır olmaq lazımdır ki, hər an hətta dünya çempionu olmuş idmançı da idmanı tərk edə bilər. Kimsə sadəcə xərc çəkməkdən bezir, kimsə özünə başqa həyat yolu seçir. Dövlət yalnız “qaradərililər” və “rənglilər” üçün xərc çəkir, amma onlar nadir hallarda müvəffəqiyyət qazanırlar. Bu cür yanaşma ilə böyük uğurlara, ələlxüsus da iri yarışlarda uğura ümid etmək olduqca çətindir. Məsələn, mənim yetirmələrimdən biri Daniela Pelleqrini yeniyetmələr arasında dünya çempionu olmuşdu. O, öz karyerasının davam etdirmək, daha da inkişaf etmək istəyirdi, amma bütün bunlar ona baha başa gəldiyi üçün o, böyük idmandan getməyi qərara aldı.

- Bakıda tez-tez olursunuz?

- Hər il gəlirəm. Mənim anam, digər qohumlarım buradadır. Əlbəttə, mənim bütün hadisələrdən xəbərim var, bilirəm ki, gimnastika növləri Azərbaycanda yüksək sürətlə inkişaf edir. Əsasən, bədii gimnastika və akrobatikada inkişaf görünür.

- Bəs Siz azərbaycanlı idmançılar barədə nə deyə bilərsiniz?

- Açığı, perspektivli uşaqlar var. Xüsusilə, iki oğlan mənim xoşuma gəlir: Səid Səlimov və Hafiz Rzayev. Sevindirici hal odur ki, tamblinqlə çoxlu uşaq məşğul olur. Onlar üçün təmir olunmuş Bakı Gimnastika Məktəbində əla şərait yaradılıb. Amma yüksək səviyyəli idmançıların hazırlanması üçün gimnastika kompleksi zəruridir. Mənim bildiyimə görə, yaxın gələcəkdə bu cür kompleks Bakıda tikiləcək.

Mən hamıya bacardığım qədər kömək edə bilərəm. Mən bu barədə ölkəmizin Gimnastika Federasiyasının baş kati