17 noyabr 2014
Qazaxıstan gimnastı, bədii gimnastika üzrə fərdi proqramda çıxış etmiş Aliyə Yusupova, öz yetirməsi Sabina Aşirbəyova ilə birgə Bakıda təlim-məşq toplanışlarında olublar.
Yalnız öz vətənində deyil, bütün gimnastika aləmində tanınan Aliyə, 2000-2005-ci illərdə fərdi çoxnövçülükdə Qazaxıstan Birinciliyinin qalibi olub. O, həmçinin 2006-ci ildə Hindistanın Surat şəhərində keçirilən Asiya Birinciliyində 4 alətlə çıxışda, komanda hesabında və fərdi çoxnövçülkdə 6 qızıl medal qazanıb. Afinada təşkil olunan Olimpiya Oyunlarında isə o, təsnifat mərhələsində 5-ci olub.
Gimnast kimi karyerasını bitirən Aliyə, hazırda doğma şəhəri Şımkəntdə milli bədii gimnastika məktəbini inkişaf etdirir və bununla yanaşı həyat yoldaşı ilə birgə bir oğlan və bir qız övladı böyüdür.
- Bu sizin Bakıya ilk səfəriniz deyil. Sonuncu gəlişinizdən şəhər çoxmu dəyişib?
- Sizin şəhər hər il gözəlləşir, dəyişir və yeni-yeni maraqli binalar tikilir.
- Sizin ötən səfərinizdə Milli Gimnastika Arenası hələ hazır deyildi.
- Bəli, keçən dəfə biz köməkçi zalda məşq edirdik, bugün isə artıq yeni zalda, Arenada məşq edirik. Əlbətdə, burada şərait çox yaxşıdır, buna görə də yarışlarda nəticələriniz var. Biz hələ ötən il hiss etdik ki, sizin dostcanlı, mehriban məşqçi heyətiniz var. Məhz buna görə də, mən böyük məmnuniyyət ilə artıq 2-ci ildir ki öz qızlarıma proqram tərtib etmək üçün bura gəlirəm.
- Bildiyimiz qədər, Qazaxıstan 2015-ci ildə Bakıda təşkil olunacaq Avropa Oyunları öncəsi test-turnirdə iştirak edəcək. Bu yarışlarda hansı gimnastlarınız çıxış edəcək?
- Bəli, Mariana xanım iştirak etmək bizi dəvət edib. Ölkəni isə çox güman ki, Sabinə Aşirbəyova təmsil edəcək. O, Dünya Çempionatlarında, həmçinin irimiqyaslı yarışlarda ölkənin birinci gimnastı kimi çıxış edir. Mariana xanım onun üçün proqram tərtib edir və onunla bizə çox xoşdur. Bundan əlavə bu onun üçün təcrübə olacaq, buna görə də biz məmnuniyyətlə gələcəyik.
- Mariana xanımın işinə münasibətini necə qiymətləndirirsiz?
- Hər uşaq fərdidir və hər birinə fərdi münasibət lazımdır. Mariana xanım bunu bacarır. Hər qız üçün onun öz açarı var.
- Bir az da sizin haqda danışaq. Seçdiyiniz yolda nə vaxtsa peşman olmusuz?
- Xeyr, heç vaxt. Çünki, uşaqlıq illərimdən bədii gimnastikanı bəyənmişəm. Hətda, gimnast olduğum vaxtlarda da öz seçimimdən heyfslənməmişəm. Artıq mən Qazaxıstanın baş məşqçisiyəm, sevdiyim işlə məşğul oluram – elə belə deyil, mən öz işimi sevirəm.
- Özünüzü gimnastdan məşqçiyə hazırlamaq çətin deyildimi?
- Xeyr. Çünki, gimnast olduğum halda məşqçilik vəzifəsinə keçdim. Əksinə çox rahat oldu və mən öz təcrübəmi gimnastlarımızla bölüşməyi çox istəyirdim.
- Bəs qızınız və oğlunuz bu idman növünə necə yanaşır? Onların gələcəyini gimnastikayla əlaqələndirirsiniz?
- Oğlumun 2 yaşı olmasına baxmayaraq, futbolu çox sevir. Qızımın isə 4 yaşı var və artıq gimnastikayla məşğul olmağa başlayıb. Lakin, hələ proqnoz vermək tezdir. O özü seçim edəcək. Hələ ki, ona maraqlı gəlir və məşqlərə böyük həvəslə qatılır. Bəlkə nə vaxtsa ona proqram hazırlamaq üçün mən onunla bərabər Mariana xanımın yanına gəldim (gülür).
(Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti)