19 may 2023
Təsnifat mərhələsindəki çıxışımdan razı qaldım. Halqa ilə çıxışımı səhvsiz başa vurdum. Ancaq bir məqamda tarazlığı qoruya bilmədim. Topa ilə yarışlarda iki çətin element yerinə yetirdim.
Trend xəbər verir ki, bu sözləri Bakıda təşkil olunan bədii gimnastika üzrə 39-cu Avropa çempionatının iştirakçısı almaniyalı Marqarita Kolosov deyib.
Bakıya ilk dəfə 2018-ci ildə səfər etdiyini bildirən gimnast deyib ki, o zaman gənclər arasında yarışda iştirak edirdim. Burada insanlar çox qonaqpərvərdir. Həmin vaxt könüllülərin biri ilə dost oldum və Bakının gözəl məkanlarını mənə gəzdirdi. Azərbaycandan həmişə xoş təəssüratlarla ayrılıram.