18 fevral 2017
"Biz Milli Gimnastika Arenasında hər dəfə keçirilən yarışları ailəlikcə izləyirik və ölkəmizdə gimnastikanın sürətlə inkişaf etdiyinin şahidi oluruq".
Bunu Trend-ə bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə ilk Dünya kubokuna tamaşa etməyə gəlmiş gimnastika azarkeşi Afaq Qurbanova deyib.
A.Qurbanova bildirib ki, Azərbaycanda gimnastika sürətlə inkişaf edir:
"Milli Gimnastika Arenası yüksək səviyyədədir. Bizim uşaqlarımız da gimnastika ilə məşğul olurlar. Belə yarışların keçirilməsi həm uşaqlarımızı həvəsləndirir, həm də onlar təcrübə qazanırlar. Bu yarışlar xalqımızın gələcəyinə - uşaqlarımızın sağlam böyüməsinə xidmət edir".
A.Qurbanova əlavə edib ki, belə dünya səviyyəli yarışlar həm də ölkəmizin nüfuzunu artırır, ölkəmizi dünyada təbliğ edir:
“Çox istərdik ki, belə yarışlar ölkəmizdə daha tez-tez keçirilsin”.
“Trend” İnformasiya Agentliyi, 18 fevral 2017-ci il