İdman

gimnastikadan

başlayır

Bakıda bizi mehribanlıqla qarşılayırlar - Ukraynalı gimnast

13 may 2021

Bakıda bizi mehribanlıqla qarşılayırlar - Ukraynalı gimnast

"Bakıda yarışların təşkili yüksək səviyyədədir, bizi burada mehribanlıqla qarşılayırlar", bunu Ukrayna gimnastı Viktoriya Onopriyenko deyib.

O, Azərbaycanın paytaxtına dördüncü dəfə gəldiyini bildirib: "Bakıdakı Dünya Kuboku mənim üçüncü yarışımdır, ona görə də əminliyim hər dəfə artır. Milli Gimnastika Arenasının zalı isə əlavə enerji verir. Çünki çox rahatdır".

Gimnast əlavə edib ki, burada gimnastlar üçün bütün şərait yaradılıb: "Yarışların təşkili yüksək səviyyədədir. Azərbaycan mənim fikrimdə iri yarışlarla əlaqəli canlanır. Burada dünya çempionatı, Avropa çempionatı keçirilib, buraya gələndə məsuliyyət hiss edirsən".

V.Onopriyenko əlavə edib ki, azərbaycanlı azarkeşlər hər zaman ukraynalı gimnastları dəstəkləyib: "Əlbəttə, tamaşaçılarsız çıxış etmək çətindir. Onların yoxluğu hiss olunur. Həm də Azərabycanda çox yaxşı azarkeşlik edirlər və biz ukraynalı gimnastlar bu dəstəyi hər zaman hiss etmişik".

"Trend" İnformasiya Agentliyi, 8 may, 2021-ci il.