İdman

gimnastikadan

başlayır

Milli Gimnastika Arenasının zalı heyrətamiz dərəcədə gözəldir - rusiyalı idmançı

13 may 2021

Milli Gimnastika Arenasının zalı heyrətamiz dərəcədə gözəldir - rusiyalı idmançı

"Bakıda Milli Gimnastika Arenasındakı şərait inanılmazdır, zal heyrətamiz dərəcədə gözəl və rahatdır", bu barədə  Rusiyalı idmançı, bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçısı Darya Trubnikova bildirib.

D.Trubnikova qeyd edib ki, yarışın təşkili ən yüksək səviyyədə həyata keçirilib:

"Yarışın təşkili idmançıları daşıyan nəqliyyatdan başlayaraq koronavirus pandemiyası ilə əlaqədar bütün tədbirlərə qədər ən yüksək səviyyədə həyata keçirilib".

Darya Trubnikova vurğulayıb ki, tamaşaçılar tribunalarda olduğu zaman çıxış etmək onun üçün daha rahatdır, ancaq yarışın yeni qaydalarına alışmağa çalışır:

"Bakıda həmişə çox gurultulu alqışlar olur, fəal azarkeşlər var. Pandemiya ilə əlaqədar olaraq tamaşaçısız oynamağa vərdiş aldığımız bir çox onlayn turnirimiz oldu. Əlbətdə ki, bu asan deyil, amma təşkilatçılar bizə dəstək olmaq üçün əllərindən gələni edirlər".

"Trend" İnformasiya Agentliyi, 8 may, 2021-ci il.