İdman

gimnastikadan

başlayır

UEG baş direktoru: Azərbaycan hər zaman tədbirləri yüksək səviyyədə keçirir

03 dekabr 2018

UEG baş direktoru: Azərbaycan hər zaman tədbirləri yüksək səviyyədə keçirir

Azərbaycan hər zaman tədbirləri yüksək səviyyədə keçirir və biz gələcəkdə tədbirləri necə keçirmək lazım olduğunu öyrənə bilərik.

Bunu Trend-ə Bakıda keçirilən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Konqresi çərçivəsində Avropa Gimnastika İttifaqının (UEG) baş direktoru Liza Vortman deyib.

O xatırladıb ki, gələn il Bakıda iki Avropa çempionatı (aerobika gimnastikası və bədii gimnastika) keçiriləcək:

“Bundan başqa, UEG-in iki görüşünün keçirilməsi də planlaşdırılır. Bu görüşlər çərçivəsində gələcək planlar müzakirə olunacaq”.

O, həmçinin UEG prezidenti Fərid Qayıbovun işini yüksək qiymətləndirib:

“Bu, onun birinci ilidir. Onunla və İcraiyyə Komitəsinin digər üzvləri ilə birgə gələcək planları müzakirə edirik. Bizim, çoxlu ideyalarımız var. Onlardan bəzilərini reallaşdırmışıq, qalanları isə ümid edirəm ki, yaxın gələcəkdə reallaşdırılacaq”.