03 dekabr 2018
Azərbaycan Gimnastika Federasiyası çox güclüdür və güclü iqtisadi və texniki bazaya malikdir.
Bunu Trend-ə Bakıda keçirilən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Konqresi çərçivəsində Panamerika Gimnastika İttifaqının prezidenti və FIG İcraiyyə Komitəsinin üzvü Naomi Valenzo deyib.
O, Federasiyanın işinin yüksək qiymətləndirildiyini deyib:
“Heç də bütün federasiyalar bu cür tədbir keçirməyi öhdəsinə götürə bilməz”.
N.Valenzonun sözlərinə görə, vacib qərarlardan biri parkurun gimnastika növləri siyahısına daxil edilməsidir.
O, Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbovun işini yüksək qiymətləndirib və ona gimnastikanın inkişafı üzrə işinə və bu Konqresin Bakıda keçirilməsinə görə minnətdarlığını bildirib.