16 mart 2023
Kişi idman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı Çempionatı dünya çempionatına hazırlıqda mühüm mərhələdir.
Bu barədə Trend-ə yarışların iştirakçısı, 17 yaşlı idmançı Anar Həsənov deyib.
"Bu, bir daha öz gücünü yoxlamaq, Antalyada keçiriləcək Dünya Çempionatı öncəsi proqram elementlərini məşq etmək üçün imkandır. Orada müxtəlif hərəkətlər üzrə çıxış edəcəm və hər bir alətdə məşqləri yaxşı yerinə yetirməliyəm. Məşqçi bugünkü çıxışımdan razı qaldı. Dünya Çempionatında da yaxşı nəticə göstərəcəyimə ümid edirəm", - Bakı Gimnastika Məktəbinin yetirməsi deyib.