16 mart 2017
Mən bu çıxışımı anama həsr edirəm.
Bunu Trend-ə bu gün Bakıda keçirilən idman gimanstikası üzrə Dünya Kuboku yarışlarında sərbəst hərəkətlərdə çıxış edən Azərbaycan gimnastı Murad Ağarzayev deyib.
Gimnast bildirib: "Mən belə yaxşı nəticələr gözləmirdim. Həyəcanlıyam. Mən bu çıxışı anama həsr edirəm".
İdmançı daha sonra əlavə edib ki, növbəti mərhələlərdən gözləntiləri böyükdür və karyerasında ilk dəfə olaraq finala çıxmağa iddialıdır".
Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-dək davam edəcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edəcək.
“Trend” İnformasiya Agentliyi, 16 mart 2017-ci il