12 may 2021
"Mən artıq Bakıda Milli Gimnastika Arenasında iştirak etmişəm və bilirəm ki, burada yarışlar çox gözəl keçirilir", bədii gimnastika üzrə Dünya Kubokunda iştirak edən Misir gimnastı Həbibə Marzuk deyib.
O bildirib ki, Bakıda üçüncü dəfə çıxış edir:
"Yarış həmişəki kimi yüksək səviyyədə keçir. Azərbaycan Gimnastika Federasiyası növbəti dəfə bizi qüsursuz təşkilatçılığı ilə təəccübləndirə bildi".
Gimnast etiraf edib ki, Bakıda çıxış etməsinə baxmayaraq, xalçaya çıxarkən həyəcan hissi keçirir.
H.Marzuk həmçinin bədii gimnastika üzrə Misir komandasının azərbaycanlı məşqçisi Jalə Qaratova barədə də danışıb:
"Jalə Qaratova əsl peşəkardır, o, məşqçilik fəaliyyətinə çox ciddi yanaşır. Hiss olunur ki, öz işini çox sevir".
"Trend" İnformasiya Agentliyi, 7 may, 2021-ci il