İdman

gimnastikadan

başlayır

Azərbaycanda olarkən özümü evdəki kimi hiss edirəm - Türkiyəli gimnast

12 fevral 2022

Azərbaycanda olarkən özümü evdəki kimi hiss edirəm - Türkiyəli gimnast

Bunu Trend-ə Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunun iştirakçısı, türkiyəli gimnast Gürkan Mutlu deyib.

"Bu, mövsümün ilk Dünya Kubokudur və mən öz çıxışımdan razı qaldım. Hər şey planlaşdırdığım kimi keçdi. Ümid edirəm ki, növbəti mərhələdə də proqramı uğurla yerinə yetirəcəyəm. Bakıdakı yarış çox vacibdir, çünki yeni qaydalara uyğun keçirilir", - deyə o bildirib.

Gimnast qeyd edib ki, yarışların təşkilindən çox razıdır.

"Azərbaycana ilk dəfə deyil ki, gəlirəm və burada beynəlxalq yarışların gözəl təşkil olunduğunu bilirəm. Təşkilatçılar idmançılar üçün lazım olan bütün xırdalıqları nəzərə alıblar. Özümü burada hər zaman rahat, evdəki kimi hiss edirəm", - idmançı deyib.