14 may 2017
İranın idman gimnastı Saedrza Keixa Bakıda İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən yarışlarda dəstəli at üzərində hərəkətlərində yeni element təqdim edib.
İdmançı özü bu barədə məlumat verib və həmin elementi uğurla təqdim etdiyi üçün sevindiyini bildirib.
İranlı gimnast İslamiadadakı çıxışından razı qaldığını da vurğulayıb: "Burada, İslam Oyunlarında çıxış etməkdən böyük zövq aldım".
İdmançı Bakıda Milli Gimnastika Arenasında zalın çox gözəl olduğunu və burada çıxış etməyin çox rahat olduğunu da vurğulayıb.