İdman

gimnastikadan

başlayır

Bakıda aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları çox gözəl təşkil olunub - İndoneziyalı gimnast

22 may 2021

Bakıda aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları çox gözəl təşkil olunub - İndoneziyalı gimnast

"Bakıda aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları çox gözəl təşkil olunub", bunu İndoneziya gimnastı Kaleb Vinsu Kristian deyib.

O bildirib ki, təşkilat komitəsi yarışları yüksək səviyyədə hazırlayıb: "Bakıda hər şey çox gözəldir, Milli Gimnastika Arenasında möhtəşəm ab-hava var".

Gimnast ilk dəfə Bakıya gəldiyini vurğulayıb: "Bakıya ilk dəfə gəlmişəm və həyəcanlıyam. Əsas tapşırığım yarışlarda layiqincə iştirak etməkdir".

"Trend" İnformasiya Agentliyi, 22 may, 2021-ci il