İdman

gimnastikadan

başlayır

Bakıda keçirilən Avropa Çempionatının mükafatçısı: İndi mənim məqsədim Avropa Oyunları-2015-də çıxış etməkdir

15 iyun 2014

Bakıda keçirilən Avropa Çempionatının mükafatçısı: İndi mənim məqsədim Avropa Oyunları-2015-də çıxış etməkdir

“Qeyd etmək istəyirəm ki, Bakının çox istiqanlı tamaşaçı kütləsi var, burada çıxış etmək olduqca rahat idi. Sözün əsl mənasında, Avropa Çempionatının Bakıda keçirilməsi mükəmməl idi”.

Bu barədə müsahibəsində bədii gimnastika üzrə Avropa Çempionatında çoxnövçülükdə bürünc medal qazanmış Ukraynalı gimnast Anna Rizətdinova bildirib.

Ukrayna yığmasının liderinin sözlərinə görə, qitə birinciliyində daha yüksək yerlər tutmaq üçün ona “ayrı detallar” mane oldu. “Çox istərdim daha yüksək yerlər qazanım. Lakin, dünya çempionu statusunda olduğum üçün çıxış etmək yetəri qədər çətin idi. Rəqabət hiss olunacaq dərəcədə artmışdır, 3 mükafat uğrunda 5 nəfər namizədlik edirdi və hər şeyi yüzdə bir xallar həll edirdi. Əsəblər gərginləşirdi, amma Ukrayna 3-cü yerə çıxdı və mən xoşbəxtəm”, deyə - Rizətdinova qeyd edib. Təcrübəli gimnast bildirib ki, Milli Gimnastika Arenası onu çox təəccübləndirib.

“Fikirləşirəm ki, heç bir Avropa Çempionatında belə möhtəşəm təşkilatçılıq olmayıb. Geniş sahə, böyük yarış zalı, gimnastların yaşayış şəraiti – hər şey yüksək səviyyədə hazırlanıb və gimnastlar üçün hər cür şərait yaradılıb. Bakı mənim çox xoşuma gəlir. Mən burada 2007 və 2009-cu illərdə də olmuşam, lakin bugünə qədər şəhər çox dəyişilib, daha müasir və gözəl olub. Çox istəyirəm şəhəri avtobusların pəncərisindən deyil, gəzərək görüm”, deyə – Rizətdinova deyib.

Bundan əlavə, Ukraynalı gimnast Azərbaycanın gimnastika məktəbindən də danışıb. “Azərbaycanın çox güclü gimnastika məktəbi var və bu hamı tərəfindən bilinən faktdır. Mən məşqçi və gimnastlar tanıyıram ki, hər ay təkmilləşir və Avropa və Dünya Çempionatlarında bizə rəqib hazırlayırlar”, deyə – A. Rizətdinova qeyd edib.

Dünya çempionu həmçinin, gələn il Bakıda keçiriləcək Avropa Oyunlarından da danışdı. “Əlbətdə, biz bu oyunlarda iştirak etməyi planlaşdırırıq, lakin öncədən nə isə demək çətindi. Bununla yanaşı, çıxış etməyi çox istəyirəm və indi mənim məqsədim Avropa Oyunlarına düşmək olacaq. Hesab edirəm ki, Bakıda, bizim üçün yaradılmış şəraitdə çıxış etmək hər bir idmançının arzusudur”, deyə – Rizətdinova əlavə etdi.