21 aprel 2023
Bakıda keçirilən Dünya kubokunun təşkilatçıları bütün yarış iştirakçılarının rahatlığının qayğısına qalırlar.
Bunu cümə günü Trend-ə yarış iştirakçısı, sloveniyalı gimnast Briqita Kraşovets deyib.
"Bu mənim Azərbaycana ikinci səfərimdir, ilk dəfə burada 2018-ci ildə çıxış etmişəm. Zal və burada hökm sürən atmosfer xoşuma gəlir. Kubok ən yüksək səviyyədə keçirilir, təşkilatçılar daima nəyəsə ehtiyacımız olub-olmadığı ilə maraqlanırlar, qayğımıza qalırlar. Bu çox xoşdur", - deyə o qeyd edib.
Kvalifikasiyadakı çıxışını şərh edən idmançı qeyd edib ki, halqa ilə çıxışından çox da razı qalmayıb, lakin topla hərəkət onda daha çox yaxşı alınıb.
"Bakıda tamaşaçılar çox xoşrəftardırlar, tribunalarda izləyicilər gimnastın hansı ölkəni təmsil etdiyindən asılı olmayaraq hər kəsə azarkeşlik edirlər. Bu cür dəstək olduqca vacibdir", - deyə Kraşovets əlavə edib.