10 dekabr 2024
Koreyanın bədii gimnastika klubu "Kim Ju Yenq"in baş məşqçisi Yelena Pastux ilə müsahibəni sizə təqdim edirik.
Bu sizin Bakıya ilk səfərinizdir?
- Bu, mənim Bakıya ikinci səfərimdir. Ötən il Dünya kuboku zamanı burada olmuşam. Lakin gimnastlarla birlikdə məşq toplanışı üçün ilk dəfədir ki, gəlirik.
Məşq toplanışı üçün hansı fəaliyyətləri nəzərdə tutursunuz?
- Uzun bir uçuşumuz oldu. Əvvəlcə gündə bir dəfə məşq edəcəyik. Həmçinin idman zalına da gedirik. Həftədə iki dəfə hovuz getməyi də planlaşdırırıq.
Milli Gimnastika Arenası sizdə hansı təəssüratları yaratdı?
- Mən heyran qaldım. Burada əla şərait var, dünyada çox az rast gəlinən möhtəşəm bir zaldır.
Bakı şəhəri haqqında nə düşünürsünüz?
- Keçən səfər buraya gələndə özüm şəhəri gəzdim. Şəhərin mərkəzində və bulvarda oldum. Bakını çox sevirəm. Çox ölkələrdə olmuşam, amma Bakıya vurulmuşam.