23 yanvar 2020
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə İsrail milli komandasının təlim-məşq toplanışı keçirilir. Toplanışda həm böyük, həm də gənc gimnastlar iştirak edir.
Komandanın gimnastı Nikol Zelikman bildirib ki, Milli Gimnastika Arenasında gözəl zal var və burada gimnastlar üçün zəruri şərait yaradılıb:
“Bu, məşq prosesi üçün müsbət cəhətdir. Ötən ilin yanvarında da biz buraya məşqlərə gəlmişdik. İsraildə Bakıdakı kimi baza yoxdur, bizdə yalnız məşq zalıdır, hər gimnast da öz evində yaşayır. Milli Gimnastika Arenasında isə məşqlər, yaşayış və istirahət üçün rahat şərait yaradılıb. Burada toplanışda olarkən biz məşqlərə və istirahətə lazımi vaxt ayıra bilirik”.
Gimnast vurğulayıb ki, onun valideynləri Bakıda doğulub, ona görə də bu şəhərə xüsusi hisslərlə bağlıdır:
"Bakıda keçirilən iri miqyaslı yarışlara mən valideynlərimlə gəlirdim. Onlar Bakının bu dərəcədə dəyişməsindən heyranlıq duyurlar. Onların sözlərinə görə, şəhərin mərkəzini tanımaq mümkün deyil, əvvəllər burada hər şey tamamilə fərqli idi".