21 aprel 2023
Bu, Azərbaycanda keçirilən Dünya kubokunda ilk yarışımdır və sözsüz, həyəcanlı idim. Həyəcanımın öhdəsindən gələrək proqramı yerinə yetirməyə çalışdım.
Bunu cümə günü Trend-ə yarış iştirakçısı, azərbaycanlı gimnast Alina Gözəlova deyib.
"Doğma səhnədə çıxış etmək xeyli asan və rahatdır, tamaşaçılar hərarətlə dəstək olur və bu, mənə kömək edir. Bugünkü kvalifikasiyada səhvlərə yol verdim, sabah çalışacağam ki, onları təkrarlamayım. Hədəfim yarışın ikinci günü proqramı yaxşı nümayiş etdirmək və hər şeyi maksimum yerinə yetirməkdən ibarətdir", - idmançı bildirib.
Alina Gözəlova əlavə olaraq qeyd edib ki, Azərbaycanda keçirilən Dünya kubokundan sonra Portuqaliyada keçiriləcək Kubokda (FIG World Challenge Cup 2023), daha sonra Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcək.