İdman

gimnastikadan

başlayır

Burada Bakıda keçiriləcək Avropa çempionatına hazırlaşırıq

12 yanvar 2023

Burada Bakıda keçiriləcək Avropa çempionatına hazırlaşırıq

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Çex Respublikasının bədii gimnastika üzrə qrup hərəkətləri komandasının məşqçisi Katalina Kopaçeva ilə müsahibəni təqdim edir 

Bakıya xoş gəlmisiniz. Zəhmət olmasa, özünüzü təqdim edərdiniz.
Bədii gimnastika üzrə qrup hərəkətləri komandasının məşqçisiyəm. 
- Təlim-məşq toplanışı üçün məhz Bakını seçməyinizin səbəbini bilmək istərdik.
Milli Gimnastika Arenası çox gözəldir.  Bizim zaldan daha genişdir. Zalımızın tavanı o qədər də hündür deyil. Burada mövcud olan şərait çox gözəldir.
- Burada hansı mühüm yarışlara hazırlaşırsınız?
Biz burada Bakıda keçiriləcək Avropa çempionatına hazırlaşırıq.
- Neçə ildir ki məşqçilik edirsiniz?
Mən artıq 15 ildir ki məşqçilik fəaliyyəti ilə məşğul oluram.
- Bədii gimnastikada ən çox sevdiyiniz alət hansıdır və nəyə görə?
Mənim həmişə xoşuma gələn “top” olub. - Niyə? - Bilmirəm.
- Çexiyada bədii gimnastikanın inkişafı ilə bağlı fikirlərinizi bilmək istərdik.
Hal-hazırda biz bədii gimnastikanın inkişaf mərhələsindəyik.