01 dekabr 2014
Bakıda yerləşən Milli Gimnastika Arenası dünyanın diqqətini cəlb etməkdə davam edir. 15 yaşlı Kanadalı gimnast Nikola Nolulz da istisna deyil, axı o, məhz burada təlim-məşq toplanışlarında iştirak etmək üçün 9 saat uzun yol qət edib.
- Nikolya, bu sənin senior kimi ilk ilindir. Sənin üçün nələr dəyişilib?
Bu bir az qorxuducudur. Çünki, mən dünyanın ən yaxşı gimnastları ilə rəqabətdə olacam. Eyni zamanda bu maraqlıdır, çünki mən artıq böyüyəm, böyük təcrübə əldə edə bilərəm və ümid edirəm ki, irəliyə getmək və inkişaf etmək üçün daha ciddi yarışlara gedəcəm.
- Arenada yaradılmış şəraitdən xoşun gəlirmi?
Bəli, çox. Burada gimnastlara lazım olan hər şey var. Fikrimcə, ab-hava da çox pozitivdir. Və, komanda da çox yaxşıdır, onlar məni həvəsləndirirdi və mən yeni nələrsə öyrənməyə çalışırdım. İdman zalı isə heyranedicidir, bura qeyri-adidir.
- 2015-ci ilin mart ayında keçiriləcək gimnastika növləri üzrə Açıq Azərbaycan Çempionatında iştirakınız haqda nə düşünürsən?
Bu mənim Kanada reytinqində hansı sırada olmağımdan asılı olacaq, çünki yanvar ayına qədər mən hələ yunior sayılıram. Biz Kanadada ən yaxşı gimnastı seçmək üçün, öz aramızda yarışırıq. Çox güman ki, bu dəfə Patrisiya Bezzubenko iştirak edəcək, lakin gələcəkdə təcrübə topladıqdan sonra belə yarışlarda mən iştirak edəcəm.
- Bu Bakıya ilk səfərindir?
Bəli, ilk dəfədir Bakıdayam və şəhər mənim çox xoşuma gəlir. Burada hər şey gözəldir. Düşünürəm ki, arxitektura həqiqətən maraqlıdır. Mən şəhərə gəzinti zamanı, içəriyə doğru fırlanmış xalça formalı Xalça Muzeyində olmuşam. Mən nə gözlədiyimi bilmirdim, çünki bu regionda daha əvvəl olmamışdım. Lakin, mənim arxitektura çox xoşuma gəldi, insanlar da mehribandırlar.
- Gələcəkdə bura qayıtmaq istərdinmi?
Mən bura yenə gəlmək istərdim,ümumiyyətlə mən burada qalıb yaşamaq istərdim (gülür).